Ağstafada küçə itləri 7 nəfəri xəstəxanalıq etdi

  • 10:50 - 24 Mart

Ağstafa rayonunda bir gündə 7 nəfəri küçə iti dişləyib.

Rayonun Qarahəsənli kəndi, Saloğlu qəsəbəsi və şəhərin digər ərazisində küçə itləri müxtəlif vaxtlarda müxtəlif insanlara hücüm edib. Onlardan 7 nəfəri xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və hamısına quduzluğa qarşı iynə vurulduqdan sonra evə buraxılıblar.

“Report” xatırladır ki, son günlər rayon ərazisində oxşar hadisələrin tez-tez baş verdiyi bildirilir.


Oxunma sayı: 8756

Oxşar yazılar