“Status dəyişmədi” – BMT-dən Trampa növbəti cavab

  • 23 Mar - 2019

BMT baş katibinin sözçüsü Farhan Haq Qolan təpələrinin statusunun dəyişmədiyini bildirib. 

O, İsrail və Suriya arasında münaqişəyə səbəb olan ərazilərlə bağlı BMT Təhlükəsizlik Şurasının qərarının qüvvədə qaldığını deyib. 

“BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının məsələ ilə əlaqədar qərarları qüvvədədir. Qolan təpələrinin statusu dəyişmədi”, - deyə Farhan Haq qeyd edib. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qolan təpələrinin İsrail ərazisi kimi tanınmasının vaxtı çatdığını bildirib. 

Amerika başçısının açıqlaması Suriya və digər dövlətlərin etirazına səbəb olub.

 

 

 

teleqraf.com


Oxunma sayı: 22

Oxşar yazılar