Meyxana ustası Aydın Xırdalanlı dünyasını dəyişib

  • 21:02 - 23 Mart

Tanınmış meyxana ustası Aydın Xırdalanlı uzun sürən ağır xəstəlikdən sonra 41 yaşında vəfat edib.

Şairin ailə üzvləri xəbəri "Report"a təsdiq edib.

O, 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

Allah rəhmət eləsin!


Oxunma sayı: 7810

Oxşar yazılar