Terrorçular nazirliyə hücum etdi: Nazir müavini öldürüldü

  • 23:00 - 23 Mart

Somalidə Əmək və Sosial Məsələlər nazirinin müavini Sakar İbrahim Abdulla Əş-Şəbab terror təşkilatının nazirliyin binasına hücumu nəticəsində öldürülüb.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, terror təşkilatı Əmək və Sosial Məsələlər Nazirliyi ilə bərabər, İctimai İşlər və Rekonstruksiya Nazirliyinə və Banadir regionunun polis mərkəzinə də hücum edib.

Ölənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.

Bu ərazilərdə döyüşlərin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Əş-Şabab Somalidəki ən böyük terror təşkilatıdır. Bu terror təşkilatı Əl-Qaidənin əsas qollarından biri sayılır.


Oxunma sayı: 6611

Oxşar yazılar