Ərdoğan Rusiyaya gedəcək

  • 22:42 - 23 Mart

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də Rusiyaya səfər edəcək.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Prezidentimizin 8 apreldə Rusiyaya səfər edəcəyi gözlənilir", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin mədəniyyət və turzim nazirinin müavini Əhməd Haluk Dursun bildirmişdi ki, aprelin 8-də Moskvada “Böyük Teatr”da Türkiyənin “Troya” operası ilə Rusiya və Türkiyə arasında mədəniyyət və turizm ilinin açılış mərasimi keçiriləcək. O həmçinin qeyd etmişdi ki, mərasimdə iki ölkənin prezidentlərinin iştirakı gözlənilir.


Oxunma sayı: 6017

Oxşar yazılar