Dağıstanda kütləvi zəhərlənmə: 86 nəfər xəstəxanaya düşdü - 72-si uşaqdır

  • 21:58 - 23 Mart

Rusiyanın Dağıstan Respublikasında kütləvi zəhərlənmə olub.

RİA Novosti xəbər verir ki, hadisə Xasavyurt şəhərində baş verib.

Bildirilir ki, 86 nəfər xəstəxanaya yerləşdirilib. Onların hamısında bağırsaq infeksiyası əlamətləri müşahidə olunur.

Qeyd olunur ki, zəhərlənənlər arasında 72 uşaq var.

Dağıstan Respublikasının səhiyyə naziri Camaludin Hacıibrahimov vəziyyəti nəzarətə götürüb.


Oxunma sayı: 6369

Oxşar yazılar