ABŞ Polşada hərbi texnikasını qorumaq üçün obyekt tikir

  • 19:10 - 23 Mart

NATO Polşanın Povidze şəhərində ABŞ hərbi texnikasının qorunması üçün obyekt tikməyi planlaşdırır.

Bunu “Vol Strit Jurnal” qəzetinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, obyektin tikintisinə bu ilin yayında start veriləcək və tikinti iki il davam edəcək. O, tikintinin smeta dəyərinin 260 milyon dollar olacağını bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın Avropadakı qoşunlarının keçmiş rəhbəri Ben Xoces Avropada ümumilik 5 belə obyektin tikiləcəyini bildirib. Bu obyektlərin Polşa ilə bərabər 2-nin Almaniyada, digərlərinin isə Belçika və Niderlandda yerləşməsi nəzərdə tutulub.

 

 

 

axar.az


Oxunma sayı: 4455

Oxşar yazılar