BTQ üçün alınan sərnişin qatarı Türkiyəyə çatdırılıb

  • 23 Mar - 2019

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində Bakı-Ankara-Bakı reysi üzrə hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb. “Report”un “Kars Manşet” nəşrinə istinadən verdiyi xəbərə görə, İsveçrənin “Stadler” şirkətinə məxsus qatarlar 6 gün ərzində Türkiyəyə çatdırılıb.

Bakı-Ankara reysi üzrə gecə səfərləri edəcək qatarda 9 yataqlı vaqon və 1 yemək vaqonu olacaq.

Lokomotiv vasitəsi ilə hərəkət etdirilərək gətirilən vaqonlar Azərbaycana yola salınacaq.

Qeyd edək ki, BTQ üzrə Bakı-Ankara-Bakı reysi 2019-cü ilin sonunda fəaliyyətə başlayacaq.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.


Oxunma sayı: 44

Oxşar yazılar