ABŞ və Çinə müqavimət göstərməyin vaxtı çatıb - Makron

  • 16:55 - 23 Mart

Avropanın Çin investisiyalarını əldə etməklə bağlı sadəlövhlüyü artıq keçmişdə qalıb. 

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Prezidenti Emmanuel Makron deyib. O həmçinin AB liderlərinin strateji investisiyalar üzərində nəzarət alətinin təmin edilməsinə izn verdiyini bildirib. Makron ABŞ-la Çinin müəyyən məsələlərdə müttəfiq olduğunu və onlara qarşı Avropanın müqavimət göstərməli olduğu vurğulanıb: 

“Avropanın sistemli düşmənləri var, amma onlar həm də bizim ticarət tərəfdaşlarımız və investorlarımızdır. Uzun illər ərzində biz çoxistiqamətli yanaşmaya bağlı qalmışıq. Çin isə uzun illər ərzində aramızdakı təfriqədən istifadə edib. Bəzi Avropa ölkələri xarici investisiyalardan, xüsusilə də Çindən asılıdır. 2008-ci il böhranı zamanı həyata keçirilən kütləvi özəlləşdirmə zamanı Avropa şirkətləri praktik olaraq heç bir rəqabətə daxil olmayıblar, özəlləşdirilən müəssisələri daha çox Çin investorları alıblar”.


Oxunma sayı: 4653

Oxşar yazılar