Ukraynada seçkiləri 2 minə yaxın xarici müşahidəçi izləyəcək

  • 16:01 - 23 Mart

Ukrayna Mərkəzi Seçki Komissiyası (MKS) prezident seçkiləri ilə bağlı 2000-ə yaxın xarici müşahidəçini qeydə alıb. 

Avropa.info xəbər verir ki, müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir. 

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Ölkədə 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb.


Oxunma sayı: 4851

Oxşar yazılar