Messi Argentina millisinə qayıtdıqdan sonra zədələnib

  • 15:35 - 23 Mart

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Argentina millisinin düşərgəsində zədələnib.

Bu barədə yığma komandanın rəsmi "Twitter" hesabı məlumat yayıb. 

32 yaşlı hücumçu Mərakeş yığmasına qarşı yoldaşlıq oyununda iştirak etməyəcək. Messinin qasıq nahiyəsində ağrılar hiss etdiyi bildirilib.

Həmçinin komandanın digər oyunçusu Qonsalo Martines də zədə səbəbindən növbəti görüşü buraxacaq. 

Qeyd edək ki, Argentina yoldaşlıq oyununda Venesuelaya 1:3 hesabı ilə uduzub. Lionel Messi həmin görüşdə sona qədər iştirak edib. Bu, ulduz futbolçunun 2018-ci il dünya çempionatından sonra yığmada ilk matçı olub.

 

 

 

report


Oxunma sayı: 6479

Oxşar yazılar