Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb

  • 13:27 - 23 Mart

Almaniyada terror aktı hazırlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb. Trend-in məlumatına görə, hüquq-mühafizə orqanlarlı işçilərə Almaniyanın Hessen və Reynland-Pfalts federal torpaqlarına reydlər təşkil ediblər. Nəticədə 11 nəfər saxlanılıb.

Saxlanılan şübhəli şəxslərdən üçü sələfilərdir və avtomobil və odlu silahla terror aktı hazırladıqları bildirilib.

Digər saxlanılan şəxslər isə maliyyə dəstəyi göstəriblər.

Axtarışlar nəticəsində, 20 min avro nağd, odlu silah və narkotik tapılıb.


Oxunma sayı: 3982

Oxşar yazılar