Sabirabadda 39 yaşlı kişi bıçaqlandı

  • 23 Mar - 2019

Sabirabad rayonunda orta yaşlı kişi bıçaqlanıb.

“Report” xəbər verir ki, rayonun 1980-ci il təvəllüdlü Qalağayın kənd sakini Muradov Həsən Əsgərxan oğlu mübahisə zəminində 1994-cü il təvəllüdlü həmkəndlisi Əliyev Cavid Gülbala oğlu tərəfindən bıçaqlanıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Oxşar yazılar