Türkiyə lirəsinin məzənnəsi aşağı düşüb

  • 10:48 - 23 Mart

Cümə günü Türkiyə lirəsin məzənnəsi aşağı düşüb. Trend-in məlumatına görə, bu Türkiyə Prezidenti Ərdoğanın ABŞ-ın Qolan yüksəkliklərini İsrailə aid olması barədə qərarını tənqid etdikdən sonra baş verib.

Lirənin dollara nisbətdə məzənnəsi 4% aşağı düşüb və bir dollara görə 5.7 lirə təşkil edib. İstanbul BİST birjasının indeksinə görə fond bazarı 3.5% itirib.

 

Türkiyənin Mərkəzi Bankı hərracları müvəqqəti olaraq dayandırıb.

Xatırladaq ki, Ərdoğan İsrailin Qolan yüksəkliklərinin işğalının qanuniləşdirilməsinə Türkiyənin heç vaxt imkan verməyəcəyini bildirib.


Oxunma sayı: 6578

Oxşar yazılar