Bakıda yanğın zamanı bir nəfər ölüb

  • 23 Mar - 2019

Bakı şəhərinin Xətai rayonunda birmərtəbəli evdə yanğın baş verib.

Avropa.info FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1935-ci il təvəllüdlü Abbasov Əli Bayram oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Oxşar yazılar