Qanada iki avtobus toqquşdu: 70-dən artıq ölü var

  • 22:25 - 22 Mart

Qananın qərbində iki avtobusun toqquşması nəticəsində 70-dən artıq sərnişin ölüb.

Yol-nəqliyyat hadisəsi Şimali Kintampo dairəsində qeydə alınıb. Toqquşmadan sonra avtobuslardan biri yanıb. Yanan avtobusun bütün sərnişinləri ölüb. Digər avtobus isə dərəyə yuvarlanıb.

Xəsarət alanlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Avtobuslardan birinin sürücüsünün sükan arxasında yatması hadisəyə ilkin səbəb kimi göstərilir.

 

 

 

trend


Oxunma sayı: 10824

Oxşar yazılar