İstanbulda İslam Əməkdaşlığı Təşkilatının növbədənkənar iclası keçirilir

  • 17:17 - 22 Mart

İstanbulda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) növbədənkənar iclası keçirilir.

Avropa.info xəbər verir ki, “Yeni Zelandiyada iki məsciddə baş vermiş terror aktı, müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə” mövzusunda təşkil olunana iclasa 42 müsəlman ölkəsinin dövlət və hokumət rəsmiləri qatılıb. Toplantıda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edir. Tədbirdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Yeni Zenlandiyanın prezidentinin köməkçisi, xarici işlər naziri Winston Peters ilə İƏT-in baş katibi Yusuf bin Ahmed el-Useyminin çıxışları dinlənilib.


Oxunma sayı: 6050

Oxşar yazılar