Balakəndə evində narkotik və silah saxlayan şəxs saxlanıldı

  • 22 Mar - 2019

Balakəndə evində narkotik və silah saxlayan şəxs saxlanılıb.

Bu barədə DİN mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Xalatala kənd sakini 26 yaşlı Murad Abduyev tutulub. Onun kənddəki yaşadığı evə baxış keçirilən zaman 1 ədəd dibçəkdə hündürlükləri 10-15 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə bitkisinin şitilləri aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Abduyevin evindən qanunsuz olaraq saxladığı 1 ədəd “ TOZ-8” markalı silah da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

◀▶


 


Oxşar yazılar