Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

  • 22 Mar - 2019

Gürcüstan ərazisində yaşayan müxtəlif millətlərdən olan insanları bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır.

Virtualaz.org “Qruziya-Onlayn”a istinadən xəbər verir ki, bunu əhalisinin böyük hissəsini azərbaycanlıların təşkil etdiyi Kvemo-Kartli bölgəsinə səfəri zamanı etdiyi çıxışda Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

“Mən çox fəxr edirəm və bütün dünyada deyirəm ki, Gürcüstan hamının yaşaya bildiyi yerdir; müxtəlif mənşəli, müxtəlif dinlərə sitayiş edən insanlar bir yerdə elə yaşayırlar ki, onlar arasında nəinki münaqişə, fikir ayrılığı belə yoxdur”, - Qardabanidə çıxış edən Zurabişvili bildirib.

Gürcüstan dövlət başçısının sözlərinə görə, bütün ölkə sakinləri görməlidirlər ki, partiyasından, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, onların bir ümumi gələcəyi var.

“Çox təəssüf edirəm ki, burada sizinlə istədiyim kimi danışa bilmirəm, istəyirəım ki, daha çox ünsiyyətimiz olsun. Mən sizinlə rus dilində danışa bilmərəm – bu, istisna olnur, çünki bu, bizi birləşdirən dil deyil”, - Salome Zurabişvili izahat verib və əlavə edib ki, azərbaycanca bir neçə söz öyrənə blər, lakin əhali ilə bir dildə danışmağı üstün tutardı.

“Eyni zamanda, siz ənənələrinizi davam etdirmisiniz, dilinizi, mahnılarınızı, rəqslərinizi qorumusunuz, bütün bunlar Gürcüstanın var-dövlətidir və bununla bağlı başqa ölkələrdə kiçik eyib, hətta paxıllıq var ki, onlar bizim kimi bacarmırlar, bizim birlikdə etdiyimiz kimi edə bilmirlər. Odur ki, gəlin, birgə yaşayışımızı davam etdirək. bunu möhkəmləndirək və gələcəkdə bütün dünyanı heyrətləndirəcək nümunəvi ölkə olaq”, - Zurabişvili sözlərini yekunlaşdırıb.


Oxunma sayı: 44

Oxşar yazılar