Yeni Zelandiyada terror aktı törətmiş şəxs ömürlük həbs cəzası alacaq

  • 20:58 - 22 Mart

Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbs cəzası alacaq.

Bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında çıxış edərkən deyib.

O bəyan edib: "Bu, hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək".

Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Oxunma sayı: 14443

Oxşar yazılar