ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbərliyinə keçmiş teleicmalçı gətirilə bilər

  • 19:15 - 22 Mart

BŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin rəhbəri vəzifəsinə CNN-in keçmiş iqtisadi təhlilçisi Steven Muru gətirə bilər.

“Report” xəbər verir ki, bunu “Bloomberg”ə bildirən iki mötəbər mənbəyə görə, Mur Ağ Evin iqtisadiyyat müşaviri, sabiq CNBC-nin iqtisadi icmalçısı Larri Kudlounun yaxın tanışıdır. Agentliyin məlumatına görə, Mur FRS-i (Federal Reserve System – Federal Ehtiyatlar Sistemi) ölkə iqtisadiyyatının artımını yavaşlatmaqda qınayaraq prezident Trampın ittihamlarına qüvvət vermişdi.

Daha əvvəl FRS-nin hazırkı sədri Cerom Pauellin ölkə prezidenti tərəfindən səsləndirilən tənqidlərə qarşı bundan sonra siyasətdən kənar qərarlar verəcəklərini, məşğulluğu maksimum səviyyəyə qaldırmağa və qiymətləri sabitləşdirməyə yönələn pul-kredit siyasəti yeridəcəklərini bildirilmişdi.


Oxunma sayı: 11825

Oxşar yazılar