QHT Saatlıda 3 günlük təlim keçirib - FOTO

  • 12:55 - 22 Mart

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində martın 15-i, 16-ı və 18-də Saatlı rayonunda yerli QHT nümayəndələrin iştiraki ilə “Sosial biznes (QHT-lər üçün gəlir yaratma) bacarıqlarının artırılması” mövzusunda 3 günlük təlim keçirib. 

Təlimin məqsədi ictimai birliklərə QHT-lər və biznes bacarıqları, mövcud vəziyyətə baxış, QHT-lərin biznes fəaliyyəti üçün ümumi qanunvericilikdə nəzərdə tutulan şərtlər barədə məlumat verilib. Bundan başqa "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununda QHT-lərin biznes fəaliyyəti üçün nəzərdə tutulan müddəalardan danışılıb. 

bizneslə sosial biznes arasındakı fərqlər, QHT-lərin sosial sahibkarlıq anlayışı,  biznesdən qazanılan vəsaitlərin xərclənmə mexanizmləri haqqında məlumat verilib. “Bizneslə məşğulluq qrant ehtiyaclarını ödəyə və donor asılılığını aradan qaldıra bilərmi” mövzusu müzakirə edilib.  Ənənəvi bizneslə sosial biznes arasındakı fərqlər, QHT-lərin sosial sahibkarlıq anlayışı, biznesdən qazanılan vəsaitlərin xərclənmə mexanizmləri  və digər mövzularda fikir mübadiləsi aparılıb.


Oxunma sayı: 6171

Oxşar yazılar