Mayk Pompeo İrana qarşı təzyiqlərin davam etdiriləcəyini açıqladı

  • 16:22 - 22 Mart

"ABŞ İranın Yaxın Şərqdəki nüfuzunu azaltmaq üçün bu ölkəyə sanksiyalar vasitəsilə təzyiqlərini davam etdirəcək". Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News”a müsahibəsində bildirib.

“Mövcud administrasiya Yaxın Şərqdə əhatə dairəsini genişləndirməyə çalışan İrandan gələn çoxlu sayda təhdidlərin qarşısını almaq üçün ciddi səylər göstərir. Bundan sonra da məhz belə davranacağıq. Biz indidən İraqdakı yaraqlıları, İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli rəhbərlərini, habelə husi qiyamçılarına, HƏMAS-a, “Hizbullah”a yardım üçün qanunsuz vəsait axınlarında əli olan maliyyə təşkilatlarını, maliyyəçi agentləri ayırd etmişik”, - deyə Ağ Ev rəsmisi qeyd edib.

Xatırladaq ki, ötən ay ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına bu ölkənin iki qurumunun, onlarla bağlı olan səkkiz fərdi şəxsin, həmçinin SEPAH-a bağlı olan daha bir fərdi şəxsin adlarını salmışdı.


Oxunma sayı: 6501

Oxşar yazılar