Goranboyda dəhşətli qəza - iki nəfər yanaraq öldü

  • 15:00 - 22 Mart

Goranboy rayonunda “Mercedes” markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub.

Avropa.info Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində minik avtomobilinin yanar hissələri yanıb.

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Oxunma sayı: 4488

Oxşar yazılar