Çində zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb

  • 13:31 - 22 Mart

Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb, yaralananlandan 32-nin vəziyyəti kritik, 58-nin vəziyyəti isə ağırdır. Hadisə yerindən 88 nəfər təxliyə edilib.

Avropa.info xəbər verir ki, martın 21-də sənaye parkındakı kimyəvi məhsullar istehsal edən zavodda baş verən güclü partlayış və meydana gələn yanğını ətraf əraziyə ciddi ziyan vurub. Belə ki, ətrafdakı digər istehsal sahələri dağılıb, yaxınlıqdakı evlərinin şüşələri sınıb. Ərazidə yaranan güclü yanğın və qara tüstü havanı xeyli dərəcədə çirkləndirib. Bildirilir ki, partlayış yerindən bir kilometr məsafədə yerləşən orta məktəbin şagirdləri arasında da yaralananlar var.

Hadisə yerinə cəlb olunumş 176 yanğınsöndürən avtomobilin və 1000-ə yaxın canlı qüvvənin səyi ilə martın 22-də səhər yanğının əsas hissəsi nəzarət altına alınıb. Tezalışan maddələr istehsal edən zavodun 200-ə yaxın işçisinin olduğu bildirilir. Partlayış vaxtı zavodda nə qədər adamın olduğu dəqiq bilinmir. Ona görə də ölü və yaralı sayının artma ehtimalı var. İndiydək 640 nəfərə tibbi yardım göstərilib.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.


Oxunma sayı: 5819

Oxşar yazılar