Tramp bu torpaqları İsrailə "verdi" - Rusiyadan reaksiya

  • 12:49 - 22 Mart

ABŞ prezidenti Donald Tramp Qolan təpələrinin İsrail ərazisi olduğunu bəyan edib.

Virtualaz.org bildirir ki, o bu barədə özünün Twitter səhifəsində yazıb.

ABŞ prezidenti qeyd edib ki, bu ərazi istər İsrailin sabitliyi, istər də bütövlükdə region üçün əhəmiyyətlidir.

“52 il sonra ABŞ-ın İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanımasının vaxtı çatıb”, - deyə o vurğulayıb.

Güman olunur ki, bu barədə İsrail baş naziri Binyamin Netanyahunun ABŞ-a səfəri zamanı bəyan ediləcək.

Səfər gələn həftə reallaşacaq.

Bu arada Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü Oleq Morozov deyib ki, onun ölkəsi heç vaxt İsrailin Qolan təpələri üzərindəki hakimiyyətini tanımayacaq.

O bildirib ki, Tramp beynəlxalq ictimaiyyəti və ərəb dünyasını ciddi şəkildə qıcıqlandırır.


Oxunma sayı: 12265

Oxşar yazılar