“AVRO-2020”: Azərbaycan yığması Xorvatiyaya uduzdu

  • 09:51 - 22 Mart

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə “AVRO-2020”nin seçmə matçı başa çatıb.

Zaqrebdəki "Maksimir" stadionunda keçirilən qarşılaşma Xorvatiya yığmasının 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

**

01:24

 

79-cu dəqiqədə Xoravtiya oyunçusu Andrey Kramariç komandasını irəli çıxardı: 2 - 1.

**

00:30

Birinci hissənin 44-cü dəqiqəsində künc zərbəsindən sonra Barışiç hesabı bərabərləşdirdi - 1: 1.

İlk hissə bu hesabla sona çatdı.

**00:06

Matçın 19-cu dəqiqəsində millimizin oyunçusu Ramil Şeydayev hesabı açdı: 1 – 0.

**23:56

Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşır. Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Georgi Kabakovdur.

Hazırda oyunun birinci hissəsinin 11-ci dəqiqəsi gedir, hesab açılmayıb.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdardır. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edir.

“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb. Qrupun digər oyununda Slovakiya öz meydanında Macarıstan yığması ilə qarşılaşır.

*   *   * 22:44

“AVRO-2020”nin seçmə oyununda üz-üzə gələcək Xorvatiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.

Komandalar ilk dəqiqələrdən meydana aşağıdakı heyətlə çıxacaqlar.

Xorvatiya: 12. Lovre Kaliniç, 2. Yosip Brekalo, 3. Borna Barişiç, 4. İvan Perişiç, 5. Duye Çaleta-Tsar, 7. İvan Rakitiç, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k.), 20. Bruno Petkoviç, 21. Domaqoy Vida.

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k.), 6. Bədavi Hüseynov, 10. Mahir Mədətov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda.

Qeyd edək ki, matçın baş hakimi Georgi Kabakovdur. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.

Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Onu da qeyd edək ki, bu görüş xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin Azərbaycan yığmasının baş məşqçisi kimi öz ölkəsində debütüdür.


Oxunma sayı: 14201

Oxşar yazılar