İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı

  • 21 Mar - 2019

İraqın şimalında Dəclə çayında baş verən bərə qəzası nəticəsində həlak olanların sayı 85 nəfərə çatıb.

Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb. İlkin versiyaya əsasən, qəzaya bərənin həddən artıq yüklənməsi səbəb olub. Belə ki, 75 sərnişin üçün nəzərdə tutulan bərəyə 170-250 nəfərin mindiyi bildirilir.

Mülki müdafiə idarəsindən verilən son məlumata görə, 61 nəfər xilas edilib.

*   *   *21:40

Xəbər verdiyimiz kimi, İraqın Mosul şəhəri yaxınlığında turistlərin olduğu bərə qəzaya uğrayıb. Hadisə nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb, 30 nəfər xilas edilib.

Sərnişinlərin əksəriyyəti uşaq və qadınlardır. Xilasetmə əməliyyatı davam etdirilir.

Məlumata görə, bərədə ümumilikdə 170 nəfər olub.

*   *   *19:12

İraqda bərə qəzaya uğrayıb.

TASS xəbər verir ki, hadisə Mosul yaxınlığında Dəclə çayında baş verib.

Bildirilir ki, qəza nəticəsində 60 nəfər ölüb.

Bərədə əsasən istirahətə yollanan ailələr olub. Ölənlərin əksəriyyəti suda üzə bilməyən qadın və uşaqlardır.

Axtarış-xilasetmə tədbirləri nəticəsində hələlik 12 nəfər xilas edilib.


Oxşar yazılar