İmişlidə iki yol qəzası baş verib, yaralananlar var

  • 20:30 - 21 Mart

 

İmişli rayonunda iki yol qəzası baş verib.

Hadisələrdən biri İmişli-Mirili avtomobil yolunun Bəcirəvan kəndindən keçən hissəsində baş verib. Qəza zamanı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə İmişli rayonu, Qulubəyli kənd sakini 1975-ci il təvəllüdlü sürücü Qasımov Elxan Məhərrəm oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. Amma vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Digər qəza isə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Məhəmmədli kəndindən keçən hissəsində baş verib. Hadisə zamanı "VAZ 2106" markalı avtomobil idarə etməni itirərək yoldan çıxıb. Nəticədə İmişli rayon sakini 1958-ci il təvəllüdlü sürücü Cəbiyev Əlisafa Cəbi oğlu xəsarət alıb.

Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

report


Oxunma sayı: 4092

Oxşar yazılar