Kim Çen In Rusiyaya gələcək

  • 16:24 - 21 Mart

KXDR lideri Kim Çen In Hanoyda amerikalı həmkarı Donald Trampla uğursuz sammitdən sonra dəstək qazanmaq üçün Rusiyaya səfər etməyi planlaşdırır.

Bu barədə cümə axşamı Cənubi Koreyanın "The Dong-a Ilbo" qəzeti yazıb.

"Kim Çen In uğursuz sammit fonunda Moskva ilə sıx əlaqələrinin olduğunu nümayiş etdirmək üçün Rusiyaya getməyə səy göstərir", - deyə nəşr Mərkəzi Kəşfiyyat İdarəsinin Koreya proqramları mərkəzinin rəhbəri Endryu Kimin Seulda keçirilən qapalı mühazirədə çıxışı zamanı söylədiklərini sitat gətirib.

Qəzet yazır ki, KXDR və Rusiya arasında əlaqələrin intensivləşməsi buna misal ola bilər.

Onun məlumatına görə, cari ilin mart ayında yüksək vəzifəli Şimali Koreya diplomatları artıq üç dəfə Moskvaya səfər ediblər.(“Report”)


Oxunma sayı: 10967

Oxşar yazılar