Yeni Zelandiyada yarıavtomatik və hücum tüfəngləri qadağan olunub

  • 14:01 - 21 Mart

Yeni Zelandiyanın baş naziri Casinda Ardern cümə axşamı ölkə ərazisində hücum və yarıavtomatik tüfənglərin dövriyyə və istismarına qadağa tətbiq edib.

Baş nazirin bəyanatını "The New Zealand Herald" nəşri dərc edib.

"Bazar ertəsi, Kraystçerçdə baş verən dəhşətli terror aktından 72 saat sonra Nazirlər Kabineti qanuna yenidən baxmağa razılıq verib. İndi, bu hücumdan 6 gün sonra, biz Yeni Zelandiyada bütün hərbi tipli yarıavtomatik və hücum tüfənglərinə qadağa elan edirik", - deyə bəyanatda bildirilir.

 

 

 

 

report


Oxunma sayı: 6017

Oxşar yazılar