Tramp Rusiya təhqiqatının ictimaiyyətə açıqlanmasına çağırıb

  • 13:40 - 21 Mart

ABŞ prezidenti Donald Tramp Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatının yekun hesabatının ictimaiyyətə açıqlanmasına çağırıb.

Martın 20-də müxbirlərlə söhbəti zamanı Tramp adəti üzrə iki ildir ki, davam edən təhqiqatı tənqid edib və belə bir araşdırmanın mövcudluğunu “utancverici” adlandırıb:

"Qoy açıqlasın. Qoy xalq görsün. Qoy bunun qanuni olub-olmadığını görsünlər”.

Trampın bu bəyanatlarından az əvvəl Mueller təhqiqatının sona yaxınlaşdığına dair xəbərlər yayılırdı. Mueller həm də Trump-ın yaxın çevrəsinin Rusiya rəsmiləri ilə mümkün bağlarını araşdırır.

Müllerdən məxfi hesabatın tərtib edilərək Ədliyyə Nazirliyinin başçısına – yəni baş prokuror Uilyam Barra təqdim olunması tələb edilir. Xəbərlərə görə hesabat hər an təqdim oluna bilər.

Bundan sonra Barr Konqres üçün öz hesabatını hazırlayacaq. Barr deyib ki, o Mueller təhqiqatının qanunun icazə verdiyi dərəcədə açıqlanmasını istəyir.

Tramp dəfələrlə Müllerin təhqiqatına qarşı çıxıb:

"Mən elə indicə bu ölkənin tarixində ən böyük seçkilərdən birində qalib gəlmişəm...Amma heç kim tərəfindən seçilməmiş birisi mənim haqqımda hesabat hazırlayır. Bunun adı Müller hesabatıdır. Odur ki, izah edin, çünki mənim seçicilərim bunu başa düşmürlər. Mən də bunu başa düşmürəm”.

Müllerin hesabatının açıqlanmasının gözlənildiyi əsnada Nümayəndələr Palatasındakı demokratlar da Trampa dair araşdırmalarını intensivləşdiriblər.

Ötən həftə Konqres Müller təhqiqatının yekun hesabatının ictimaiyyətə açıqlanmasını tələb edən, lakin icbari qüvvəsi olmayan qətnaməni yekdilliklə qəbul edib.

Konqresdə iki partiyanın olması nəzərə alınarsa, hər hansı sənədin yekdilliklə qəbul edilməsi nadir hadisədir.


Oxunma sayı: 6831

Oxşar yazılar