Türkiyədə baş vermiş zəlzələdə 278 evə zərər dəyib

  • 10:30 - 21 Mart

Martın 20-də Türkiyə vaxtilə saat 09:34-də ölkənin Dənizli vilayətinin Acıpayam rayonunda Rixter cədvəli üzrə 5,5 bal gücündə baş verən zəlzələdə 278 tikiliyə zərər dəyib.

Avropa.info xəbər verir ki, bu barədə ətraf mühit və şəhərsalma naziri Murad Kurum KİV-lərə açıqlamasında bildirib.

Nazir deyib ki, yeraltı təkanlar nəticəsində 7 ev tamamilə dağıdıb. 139 binaya ciddi, 132 binaya isə qismən zərər dəyib. Zəlzələ nəticəsində 22 nəfər yaralanıb.


Oxunma sayı: 6710

Oxşar yazılar