Tramp Almaniya bankını necə aldadıb?

  • 16:26 - 20 Mart

ABŞ Prezidenti Donald Tramp dövlət başçısı olmamışdan öncə biznesi barədə yalan məlumat verməklə, Almaniyanın "Doyçe Bank"ından 2 milyard dollar kredit götürüb. 

Bu barədə ABŞ-ın "Nyu York Tayms" qəzeti məlumat yayıb. 

"Vaxtilə "Doyçe Bank" bir çox xəbərdarlığa baxmayaraq, Trampa kredit verməkdən boyun qaçırmayıb. Belə ki, Tramp Almaniya bankından 2005-ci ildə Çikaqoda göydələn inşa etmək üçün kredit götürüb. O, sərvətinin 3 milyard olduğu barədə banka müraciət edib, ancaq araşdırmaya əsasən, Trampın 788 milyon dollar sərvəti olduğu məlum olub", - qəzetin məlumatında qeyd edilir.

 

 

 

 

axar.az


Oxunma sayı: 7733

Oxşar yazılar