“Dostumun bu addımını böyük təəsüflə qarşıladım...”

  • 14:00 - 20 Mart

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün istefa verdiyini bəyan edən Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng vurub. Virtualaz.org Belarus KİV-lərinə istinadən xəbər verir ki, Lukaşenko dostunun bu addımını “böyük təəsüflə qarşıladığını” bildirib. 

O qeyd edib ki, Nazarbayevlə çoxillik dostluq və işgüzar münasibətlərə malikdir. Telefon danışığı zamanı qərara alınıb ki, Lukaşenko və Nazarbayev may ayında Astanada Avrasiya İqtisadi Birliyinin yubiley sammiti zamanı görüşsünlər və sonrakı münasibətləri müzakirə etsinlər. “Xüsusən də nəzərə alanda ki, Nazarbayev Təhlükəsizlik Şurasının sədri olaraq qalır. Bu orqan xarici və daxili siyasətin bir sıra məsələlərini kurasiya edir”-məlumatda deyilir. 

Lukaşenkonun sözlərinə görə, Nazarbayev “Milli lider” statusuna layiqdir, çünki müasir Qazaxıstan onun səyləri ilə qurulub və yaranıb. 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 5390

Oxşar yazılar