Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə olaraq qadınlar federal səviyyədə hakim təyin edilib

  • 12:45 - 20 Mart

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nahyan ölkə tarixində ilk dəfə olaraq iki qadını federal məhkəmə sistemində hakim vəzifəsinə təyin edib.

Prezidentin qərarına əsasən, Xədicə Xamis Xəlifə Əl Malas və Salama Rəşid Salem Əl Ketbi federal səviyyədə hakim vəzifəsinə təyin olunub.

Bu təyinatlar hökumətin qadınların ölkənin inkişafındakı rolunun dəstəklənməsi ilə bağlı mövqeyini əks etdirir və onların məhkəmə sistemində daha geniş təmsil olunmasına yönəlib.


 


Oxunma sayı: 4378

Oxşar yazılar