Cənubi Koreyada neft tankerində baş verən yanğında iki nəfər ölüb
- 12:25 - 20 Mart
Cənubi Koreyanın sahil sularında neft tankerində baş verən yanğın nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Ölkənin cənubunda sahildən 5 kilometr məsafədə hərəkət edən tankerdə yerli vaxtla səhər 5:40-da yanğın meydana gəlib. Köməyə gələn qüvvələr idarəetmə otağında iki heyət üzvünün cəsədini aşkarlayıblar. Ağır yanıq xəsarəti alan gəminin baş mühəndisi isə xəstəxanaya yerləşdirilib.
Yanğın vaxtı tankerdə 6 nəfərin olduğu bildirilir. Onlardan dördü yanğın baş verəndən dərhal sonra xilas ola bilib.
Yanğınsöndürənlər dörd saata yaxın müddətdə yanğını nəzarət altına ala biliblər. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.