ABŞ Milli Kəşfiyyatının rəhbəri Seula gedib

  • 11:30 - 20 Mart

ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Cənubi Koreyaya səfərə gedib.

Bu barədə "Yonhap" agentliyi Koreya Respublikası hökümətindəki mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, D.Kouts kəşfiyyat məlumatları, həmçinin Koreya Xalq Demokratik Respublikasındakı vəziyyətə dair qiymətlərə koreyalı həmkarları ilə paylaşacaq. Pxenyanın nüvə proqramı istiqamətində atılacaq addımlar üzrə birgə yanaşma hazırlamaq planlaşdırılır.

Xatırladaq ki, 27-28 fevral tarixlərində Xanoyda ABŞ və KXDR sammiti baş tutub. Sammitin yekunları üzrə tərəflər razılığa gələ bilməyiblər.   

 

 

 

  trend


Oxunma sayı: 7568

Oxşar yazılar