Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyyə olunub

  • 10:00 - 20 Mart

Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avropa.info-ya verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 m² sahədə əriyib. 

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 15378

Oxşar yazılar