İstanbulda sürücüsüz ikinci metro vaqonu sınaqdan keçirilib

  • 21:04 - 19 Mart

İstanbulun ikinci, Türkiyənin Avropa hissəsinin isə birinci sürücüsüz metro vaqonu sınaqdan keçirilib.

Bu vaqon Mahmutbəy-Məcidiyəköy xətti ilə hərəkət edəcək.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mevlut Uysal mərasimdən əvvəl təşkil olunan mətbuat konfransında deyib ki, İstanbulun 8 rayonunu birləşdirən bu xətt üzərində 15 stansiya var. İlin sonunadək tam istifadəyə veriləcək metro xətti vasitəsilə gündəlik bir milyon sərnişin daşınacaq.


Oxunma sayı: 5038

Oxşar yazılar