Türkiyədə əmlaka sahib olan Azərbaycan vətəndaşlarının sayı 56% artıb

  • 19 Mar - 2019

Bu ilin fevral ayında Azərbaycanın 105 vətəndaşı Türkiyədə əmlaka sahib olub.

Bu, ötən ilin fevral ayına nisbətən 42 vahid və yaxud 66,67% çoxdur.

Yanvar-fevralda isə Azərbaycanın 200 vətəndaşı Türkiyədə mənzil alıb. Bu da illik müqayisədə 72 vahid və yaxud 56,25% çoxdur. 

Ümumilikdə, fevral ayında 3 357 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da ötən ilin fevral ayına nisbətən 1 599 vahid və yaxud 91% çoxdur.

Yanvar-fevralda isə Türkiyədə xarici vətəndaşlara 6 557 mənzil satılıb ki, bu da ilik müqayisədə 3 039 vahid və yaxud 86,4% çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin fevral ayında iraqlılar Türkiyədən 628, bu ilin iki ayında isə, ümumilikdə,  1 233 mənzil əldə edib. 

Siyahıda sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları fevralda 307, yanvar-fevralda isə 612 mənzil alıblar.

İlk 3-lüyü Rusiya tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 236 mənzil, bu ilin ilk iki ayı ərzində isə 431 mənzil əldə ediblər.

 

 

 

 

report


Oxşar yazılar