İndoneziyada daşqınlar və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 89 nəfərə çatıb

  • 19:55 - 19 Mart

İndoneziyanın şərqində yerləşən Papua əyalətində daşqınlar və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 89 nəfərə çatıb, 159 nəfər isə xəsarət alıb.

Avropa.info xəbər verir ki, bundan əlavə 74 nəfər itkin düşüb. Təbii fəlakət çox böyük ərazini əhatə etdiyinə görə, qurbanların sayının artacağı gözlənilir. Eyni zamanda, yeddi min nəfərin öz evlərini tərk edərək təxliyə mərkəzlərində yerləşdiyi bildirilir. Qeyd edilir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində təqribən 350 ev, üç körpü, səkkiz məktəb və digər infrastruktur da dağılıb.

Hazırda xilasetmə xidmətinin 1500-dən çox əməkdaşı axtarış işlərini davam etdirir.


Oxunma sayı: 6908

Oxşar yazılar