100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu – Foto

  • 16:28 - 19 Mart

Bakı Dövlət Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına qoşulub.

Avropa.info xəbər verir ki, 100 illik yubileyi ərəfəsində olan Bakı Dövlət Universiteti tənha ahıl, yaşlı insanları ziyarət etmək, bayramlaşmaq, cəmiyyətdə onlara diqqət və qayğını təşviq etmək məqsədilə aparılan kampaniyaya 100 xonça ilə qatılıb.

Bakı Dövlət Universitetinin əməkdaşları tənha ahıl, yaşlı insanlarla yanaşı, universitetin qaçqın, məcburi köçkün olan və təsərrüfat sahəsində çalışan işçilərinə də bayram xonçası təqdim edib, onları bu gözəl bayram münasibətilə təbrik ediblər.


Oxunma sayı: 11000

Oxşar yazılar