Yeznəsini tüfənglə hədələyən şəxs tutuldu

  • 16:05 - 19 Mart

Martın 18-də Kəlbəcər rayon sakini V.Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtər rayonunun Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya atəş açıb.

DİN Mətbuat xidmətidnən Avropa.info-ya verilən məlumata görə, V.Əsədov Tərtər RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, ondan “Frankli” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır. 


Oxunma sayı: 8415

Oxşar yazılar