Bakıda icazəsiz aksiya: Saxlanılanlar var – Yenilənib

  • 12:53 - 19 Mart

Bakının mərkəzindəki icazəsiz aksiya zamanı gənc fəallar Nurlan Libre və Fatimə Mövlamlı saxlanılıblar.

Bu barədə sosial şəbəkə istifadəçiləri xəbər paylaşıblar.

Məlumata görə, onlar 39-cu polis bölməsinə aparılıblar.

***

Bu dəqiqələrdə bir qrup adam Bakının Nizami (“Torqovı”) küçəsində icazəsiz mitinqə toplaşıb.

Avropa.info virtualaz.org-a istinadən bildirir ki, toplaşanlar heç bir şüar səsləndirmirlər. Onlar sadəcə "Xəqani" ticarət mərkəzinin yanında dayanıblar və jurnalistlərlə ünsiyyət saxlamaqdan imtina edirlər.

Ancaq etiraz edənlərdən biri arada bildirib ki, onlar sosial şəbəkələrdəki çağırışa görə mitinqə toplaşıblar.

Hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları toplaşanları mühasirəyə alıblar.

Virtualaz.org şərh üçün Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova müraciət edib.

DİN rəsmisi qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları haqqında tezliklə informasiya təqdim edəcəyinə söz verib.


Oxunma sayı: 4499

Oxşar yazılar