Dəmir parçası qadının kürəyindən girərək qarnından çıxdı – Ucarda dəhşət

  • 12:46 - 19 Mart

Ucar rayonunda bədbəxt hadisə nəticəsində qadın evin damından yıxılıb.

Hadisə rayonun Alpoud kəndində baş verib.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Qızqayıt Şəmsəddin qızı Abbasova yaşadığı evin damında təmizlik işləri apararkən müvazinətini itirərək yerə düşüb.

Hadisə zamanı yerdə torpağa basdırılmış dəmir armaturun üstənə düşüb. Dəmir armatur Q.Abbasovanın kürək nahiyəsinə bataraq qarın nahiyyəsindən çıxıb.

Ağır bədən xəsarəti alan qadın yaxınları təırəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı qadının üzərində cərahiyyə əməliyyatı aparılaraq armatur qadının bədənindən çıxarırlıb.

Xəstəxanadan velilən məlumatına görə, hazırda Q.Abbasova Reanimasiya şöbəsinə yerləşdilib, vəziyyəti orta ağırdır.(report.az)


Oxunma sayı: 10230

Oxşar yazılar