BNA: Avtobus qəzası ilə bağlı araşdırma aparılır

  • 11:32 - 19 Mart

Bakının Nizami rayonu ərazisində baş verən ağır yol qəzası ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bu barədə Avropa.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. 

Qurum rəsmisi bildirib ki, Agentliyinin əməkdaşları hadisə yerinə baş çəkiblər: “Orada olan şahidlərin sözlərinə görə, minik avtomobili qəfil əyləcə basıb və nəticədə hadisə baş verib. Bu, ilkin ehtimaldır”. 

Qeyd edək ki, bu gün səhər saatlarında "Ramal" Ticarət Mərkəzinin qarşısında sərnişin avtobusunun iştirakilə baş verən qəza nəticəsində bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 


Oxunma sayı: 7238

Oxşar yazılar