Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi: Yaralılar var – Foto (Yenilənib)

  • 10:29 - 19 Mart

Bakıda 5 maşının iştirakı ilə baş verən zəncirvarı yol qəzasında 30 və 72 yaşlı 2 kişi yaralanıb. Yaralılardan biri 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, yaralıya döş qəfəsinin küt travması diaqnozu qoyulub, digərinə isə yerində tibbi yardım göstərilib.

Xatırladaq ki, bu gün səhər saatlarında 8-ci kilometr bazarı yaxınlığında 40 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu “VAZ-2107”, “VAZ” və “Nissan” markalı avtomobillərə çırpılıb. Daha sonra “Nissan” “Qazel”ə, “Qazel” isə BMW-yə dəyib.

***

"8-ci kilometr bazarı"nın​ önündə marşrut avtobusu zəncirvari qəza törədib.

Hadis şahidlərinin Axar.az-a verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan avtobus idarəetmədən çıxıb və piyada keçidibndə dayanan maşınlara çırpılıb, daha sonra digər maşının üstündən keçib. Nəticədə 4 maşına cidi ziyan dəyib.

Hadisə yerinə təcii yardım və xilasetmə maşınları cəlb edilib.

Yaralananlar var.


Oxunma sayı: 4378

Oxşar yazılar