"Sasna Tsrer" terrorçuları Dağlıq Qarabağın Ermənistana "birləşdirilməsi" üçün imza toplayır

  • 23:19 - 18 Mart

Ermənistanın “Sasna Tsrer” siyasi partiyası Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” üçün imza toplanışına başlayır. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu martın 18-də keçirilmiş mətbuat konfransında partiyanın katibliyinin koordinatoru Varujan Avetisyan bildirib. Siyasətçi hesab edir ki, qondarma respublikanın sakinləri Ermənistanda keçirilən seçkilərdə və referendumlarda iştirak etməlidirlər.

Partiyanın üzvü Jirayr Səfilyan “Dağlıq Qarabağ Respublikası”nın yaşadığı “abxazizasiya” təhlükəsindən və uzun müddətə tanınmamış “dövlət” olmaq riskindən danışıb.

“Bu gün Abxaziya ilə Cənubi Osetiyanın statusu nədir? Həmin təhlükə Dağlıq Qarabağın da başının üstünü alıb”, - Səfilyan deyib.

“Sasna Tsrer” partiyasının Dağlıq Qarabağ “şöbəsi”nin koordinasiya şurasının üzvü Mxtiar Avetisyan xatırladıb ki, “respublika”nın Azərbaycanın tərkibindən “çıxması”nın məqsədi onun sonradan Ermənistana “birləşdirilməsi” idi.

Ötən ilin sonunda Ermənsitanda keçirilmiş parlament seçkilərində “Sasna Tsrer” seçicilərin səslərinin 2%-dən az hissəsini toplayaraq parlamentə keçə bilməmişdi. Lakin partiyanın 2016-cı ildə Yerevanda təşkil etdiyi kütləvi eritazlar vaxtı ABŞ səfirliyi gözlənilmədən onu dəstəkləmişdi.


Oxunma sayı: 7018

Oxşar yazılar