“Türk Hava Yolları” Antalya-Bakı aviareysi üzrə uçuşlara başlayır

  • 20:15 - 18 Mart

Martın 31-dən etibarən “Türk Hava Yolları” aviaşirkəti Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir. 

İlk mərhələdə 31 mart - 29 may tarixləri arasında yerinə yetiriləcək uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri həyata keçiriləcək. Bakı-Antalya istiqamətdə isə uçuşlar həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı yerinə yetiriləcək.

İyunun 1-dən etibarən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər hər gün həyata keçiriləcək.

ona.az


Oxunma sayı: 12441

Oxşar yazılar